Cəmiyyət

Gələn ilin buraxılış imtahanlarında bu yeniliklər olacaq - VİDEO

29 Dekabr 2020 11:04
Baxış: 1 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əziz şagirdlər və onların onlayn tədrisdən nigaran valideynləri sizi maraqlandıran bir məlumatımız var. 9-cu siniflərin buraxılış imtahanları əvvəlki kimi iki mərhələli olmayacaq. Yəniii cəmi bircə dəfə keçiriləcək. Aidiyyatı qurumlar buraxılış imtahanları ilə bağlı yeni model hazırlayıblar. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 9 və 11-ci siniflərin buraxılış fənlərinin proqramları həm də müəyyən qədər sadələşdirilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu ilki tədris ilinin sonunda 9-cu siniflərin buraxılış imtahanı yeni model əsasında keçiriləcək. Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə hazırladıqları yeni model təsdiq edilməsi üçün aidiyyatı dövlət qurumlarına təqdim edilib. Yeni modeldə nəzərdə tutulur ki, 9-cu sinif buraxılış imtahanı əvvəlki illərdə olduğu kimi iki mərhələdə deyil, sadəcə bir mərhələdə keçirilsin.

11-ci siniflərin buraxılış imtahanının modelində isə hər hansı dəyşiklik olmayacaq. Buna baxmayaraq, koronavirusun tədris prosesinə təsiri nəzərə alınaraq, 9 və 11-ci siniflərin buraxılış fənlərinin proqramları müəyyən qədər sadələşdirilib.

Şagirdlər və abituriyentlər buraxılış imtahanlarının proqramı, habelə modeli haqqında yaxında nəşr ediləcək abituriyent jurnalının xüsusi buraxılışında tanış ola bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.