Cəmiyyət

Şəhid ailəsinə təqaüd üzrə ödəniş kartı evində təqdim edildi - FOTO

26 Dekabr 2020 15:04
Baxış: 920
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qələbəmizin qəhrəmanlarından biri olan Orxan Əliyev Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olub. Şəhidin ailəsinin yaşayışı daim diqqətdə saxlanılır.

Milli.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Bakının Şağan qəsəbəsində yaşayan ailə ilə görüşüb, sosial vəziyyəti ilə maraqlanıblar.

Ailəyə Prezidentin aylıq təqaüdünün artıq təyin olunduğu bildirilib və təqaüd üzrə ödəniş kartı şəhidin həyat yoldaşına təqdim edilib. Ailə üzvləri, eyni zamanda, ailə başçısını itirməyə görə pensiya və aylıq müavinət də alacaqlar.

Şəhidin həyat yoldaşına şəhid ailələri üçün nəzərdə tutulan digər sosial dəstək tədbirləri, imtiyazları barədə də məlumat verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.