Cəmiyyət

Azərbaycanda qış öz sərt üzünü göstərir - FOTOlar

25 Dekabr 2020 11:24
Baxış: 2 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şamaxıda qış öz sərt üzünü göstərir, rayonda qarlı-boranlı hava hökm sürür. Ötən gecədən etibarən rayonun demək olar ki, bütün yaşayış məntəqələrinə güclü qar yağmağa başlayıb.

Milli.Az xəbər verir ki, Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, dağlıq ərazilərdə qarın hündürlüyü 20-25 santımetrə çatır. Ən çox qar rayonun Y.Məmmədəliyev qəsəbəsi, Nağaraxana, Talışnuru, Ərçiman, Pirbəyli, Sis, Qaleybuğurd, Qızmeydan, Avaxıl və Dəmirçi kəndlərinə düşüb.

Kənd sakinləri qarın əkin sahəsinə müsbət təsir edəcəyini söyləyirlər. Belə ki, yağan qar məhsuldarlıqla yanaşı, taxıl sahələrində yuva quran zərərvericilərin kütləvi qırılmasına da səbəb olacaq.

Dekabrın 24-də səhər saatlarından Şamaxı-Pirqulu və Çuxuryurd-Qızmeydan avtomobil yollarında qarın təmizlənməsi işlərinə start verilib. Texnikanın köməyi ilə yollar təmizlənərək qum-duz qarışığı tökülüb. Hazırda magistral və kənd yollarında hərəkət normaldır.

Şamaxı ərazisində gecə saatlarında şaxta və dumanlı hava olacağı, yolların buz bağlayacağı gözlənildiyi üçün sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.