Cəmiyyət

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb - FOTO

25 Dekabr 2020 10:54
Baxış: 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının  əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Milli.Az-ın yerli bürosuna verilən məlumata görə, ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyektin sahibi Şahid Hacıyevlə yanaşı onun müştəriləri qanunla müəyyən edilmiş qaydada saxlanılaraq RPİ-nin ərazi üzrə Polis Bölməsinə  gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.