Cəmiyyət

"Kənddən şəhərə" qış yarmarkası açılıb - VİDEO

22 Dekabr 2020 09:50
Baxış: 1 036
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kənddən şəhərə" qış yarmarkası fəaliyyətə başlayıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bakı və Abşeronda 3 ünvanda fəaliyyət göstərən yarmarkaya əvvəlcədən qeydiyyatdan keçmiş 100-dən artıq fermer öz məhsullarını çıxarıb.

Açılışda iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd bayram ərəfəsində bazarda məhsul bolluğu yaratmaq, eyni zamanda fermerlər üçün alternativ satış kanalı formalaşdırmaqdır.

Yarmarkada satış qiymətlərinə nazirlik tərəfindən nəzarət olunur. Üstəlik, yarmarkanın girişinə üzərində qiymətlərin əks olunduğu elektron lövhə quraşdırılıb.

Qiymətlər barədə alıcıların fikri isə birmənalı deyil.

Qeyd edək ki, tədbirdə Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib.

Qeyd edək ki, yarmarka dekabrın 31-dək davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.