O, hələ uşaqlıqdan hərbçi olmaq arzusunda olub. Ata-anası onun hərbi məktəbə getməyinə etiraz etsə də, heç kimə qulaq asmayıb və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, işini çox sevib Hafiz Əbdülrəhmanlı. Hərbi təhsilini tamamladıqdan sonra Tərtərdə xidmət etməyə başlayıb. Müharibə başlayanda Tərtərdəki hərbi hissənin mühəndis istehkam bölüyünün komandiri kimi döyüşlərə ilk qatılanlardan olub. Düşmənin müdafiə xəttinin yarılması zamanı minalanmış ərazilərdən keçidlərin açılması işində xüsusi şücaət göstərib.
127 saylı Kəlbəcər məktəbində dərs deyən xanımı Ülviyyə müəlliməyə bildirib ki, Hafiz ona "sən sentyabrdan köçkün məktəbində yox, Kəlbəcərdə dərs deyəcəksən" deyibmiş.
Mövzu ilə bağlı daha ətraflı videomateriali təqdim edirik:
Milli.Az