Cəmiyyət

Şəhid olduğu deyilən mayor evinə sağ qayıtdı - VİDEO

20 Dekabr 2020 10:07
Baxış: 2 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

44 günlük Vətən mübaribəsində tarix yazanlardan biri də mayor Xəyyam Əliyevdir.

Milli.Az-ın xezerxeber.az-a istinadən məlumatına görə, Füzuli istiqamətində gedən qızğın döyüşlərdə mayor Xəyyam Əliyevin komandiri olduğu motoatıcı tabor düşmənə ağır zərbələr vuraraq iki keçilməz istehkamı qısa vaxt ərzində düşməndən təmizləyir. Növbəti həmlədə minaatan mərmi komandirin yanına düşərək onu ölümcül yaralayır. O, baş nahiyəsindən ağır yaralanaraq sol gözünü itirir.

Mayor, tabeliyində olan hərbçilərə tapşırır ki, "mənə fikir verməyin, siz irəliləməyə davam edin". Sonradan düşən mərmiləri isə onun üstünü torpaqla örtür.

O, yaralandıqdan sonra şəhid olduğu xəbərləri yayılır. Artıq Qazaxda, yaşadığı ünvanda hər kəs onun nəşini gözləyir, hazırlıq görürdü. Bu ərəfədə onun bacısına gələn zəng isə hər şeyi dəyişir...

Xəyyam Əliyevin ailəsi hospitala dəvət olunur. Çünki orada kimliyi bilinməyən yaralılar müalicə olunurdu və onların arasında mayor Xəyyam Əliyev də var idi.

Xəyyam Əliyevin atası Şəadət Əliyev özü də həm Əfqanıstan, həm də birinci Qarabağ müharibələrinin iştirakçısıdır. O, yeganə oğlunun hərbçi olmağını ailəsinin istədiyini deyib.

Xəyyam müharibədə göstərdiyi şücaətə görə "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.