Cəmiyyət

"Ermənistan SSRİ sərhədlərini tanıyırsa, deməli, Qarabağdan imtina edir" - Seyran Ohanyan

20 Dekabr 2020 08:35
Baxış: 8 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sovet İttifaqının sərhədlərini tanıyırsınızsa, deməli, "Artsax"ı (Dağlıq Qarabağ-red) Azərbaycanın bir hissəsi hesab edirsiniz?"

Bu fikirləri Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyan parlament sədri Ararat Mirzoyana ünvanladığı müraciətdə vurğulayıb.

Milli.Az konkret.az-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yazıb. Məlumatda deyilir ki, "Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Ermənistan parlamentinin sədri Ararat Mirzoyana açıq məktub ünvanlayıb. Müraciətdə deyilir: "Cənab Mirzoyan, Ermənistan parlament idarəetmə formasına sahib bir dövlətdir və siz parlamentin rəhbərisiniz, ixtisasca tarixçisiniz. Bu gün dövlətimizin sərhədləri Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana görə, Sovet İttifaqının sərhədlərini qeyd etmək üçün Syunikdə (Zəngəzur-red) çəkilir.

Onda sizə 3 sualım var:

1․ Sovet İttifaqının 32 ildən bəri mövcud olmayan sərhədlərini tanıyırsınız? 1921-ci ildə Erməni "Artsaxı"nın Stalinin əmri ilə Sovet Azərbaycana necə köçürüldüyünü tarixdən bilirsiniz?

2. Sovet İttifaqının sərhədlərini tanıyırsınızsa, deməli "Artsax"ı Azərbaycanın bir hissəsi hesab edirsiniz?

3. Düşünmürsənmi ki, dövləti 32 il geri çəkərək, erməni xalqının azadlıq mübarizəsini, "Artsax" müharibəsini bir heçə çevirdiniz. Müstəqil Ermənistan tarixinin məhv edilməsində və ümumiyyətlə, Ermənistanın sivil dünyada "yaramaz ölkəyə" çevrilməsində iştirakçı oldunuz?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.