Cəmiyyət

26 gün komada qalan qazimiz sağalaraq evinə qayıdıb - VİDEO

19 Dekabr 2020 12:19
Baxış: 1 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

44 günlük qələbə sayəsində biz vətənə qovuşduq, 26 günlük mübarizədən sonra da Vətən ailəsinə. O, həm düşmənlə mübarizədən qalib çıxdı, həm də ölüm-qalım savaşını uğurla başa vurdu. Ailəsindən gizli cəbhəyə yollanan, günlərlə öldüsü-qaldısı bilinməyən qazimiz Vətən Cəfərlinin ailəsinin sevinci yerə-göyə sıgmırdı...

Bu ailənin iki üzvü-iki qardaş bir-birindən xəbərsiz səfərbərliyə yazılır. Ancaq Vüsalın getməyinə bir gün qalmış Vətən orduya çağırılır. Bu xəbərdən ən çox elə Vətənin özü sevinir.

O, ağır keçən Hadrut döyüşlərində tank əleyhinə minaya düşür. Naməlum əsgər kimi reanimasiyada yatır.

Vüsal deyir ki, qardaşından heç cür xəbər ala bilmirdi. Odur ki, özü qardaşını axtarmağa başlayıb.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.