Cəmiyyət

İşğaldan azad olunmuş rayon və şəhərlərin bərpasına başlanılır - VİDEO

19 Dekabr 2020 12:39
Baxış: 1 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş bütün rayon və şəhərlərimizin bərpası üçün işlərə başlanılıb. 

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən cəlb edilən mütəxəssislər tərəfindən Şuşada mənzil fondunun, sosial kommersiya obyektlərinin, təhsil, səhiyyə, həmçinin digər infrastruktur obyektlərinin hazırkı durumu qiymətləndiriləcək. Habelə qədim tarixi və unikal memarlıq üslubu qorunub saxlanılmaqla Şuşanın tarixi və dini abidələrinin, muzeylərinin planlı şəkildə bərpa olunması istiqamətində işlərə başlanılacaq. Beləcə çox keçməz ki, Qarabağın döyünən ürəyi olan Şuşamız dünyanın ən füsunkar şəhərləri sırasında öz layiqli yerini tutar.

Qarabağ bölgəsi üzrə əvvəlki dövlərdə işlənmiş planlaşdırma sənədləri də mütəxəssislər tərəfindən nəzərə alınaraq, təhlil olunur. Hazırda statistik məlumatlar toplanır və bütün işğaldan azad olunmuş ərazilər üzrə fəaliyyət planı müyyənləşdirilir. Sənədlərin tərtibi bir neçə mərhələli kompleks yanaşma tələb etsə də, bu prosesin qısa zamanda və yüksək səviyyədə başa çatdırılması üçün bütün resurslar səfərbər olub.

İşğaldan azad olunmuş ərazilərin bərpası zamanı bütün mədəni - tarixi abidələrin özünəməxsusluğunun qorunub-saxlanılması xüsusi diqqət mərkəzindədir. Bununla yanaşı erməni vəhşiliyi nəticəsində tamamilə dağıdılmış rayon və şəhərlər ən müasir tələblərə cavab verəcək səviyyədə yenidən qurulacaq.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.