Cəmiyyət

Şəhid ailələri üzvlərindən artıq 1300-dək şəxsə pensiya, müavinət və təqaüd təyin olunub

18 Dekabr 2020 17:02
Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən şəhid ailəsi üzvlərinə müvafiq sosial ödənişlərin təyinatı işləri davam etdirilir.

Nazirlikdən Milli.Az-a bildirilib ki, Fond 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən artıq 1300-dək şəxsə sosial təminat növləri üzrə ödənişlərin - Prezidentin aylıq təqaüdünün, həmçinin pensiya və müavinətlərin təyinatını həyata keçirib.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.