Cəmiyyət

Qazinin atası və qardaşı işlə təmin edildi - FOTO

17 Dekabr 2020 13:02
Baxış: 1 107
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qələbəmizin qəhrəmanlarına, onların ailə üzvlərinə dəstək tədbirləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirlik əməkdaşları Vətən müharibəsində yaralanmış Atakişiyev Hüseynin ailəsinin vəziyyəti ilə tanış olarkən atası Əfqan Atakişiyevin dərzi olsa da, lazımi avadanlıqları olmadığına görə işləmədiyini öyrəniblər.

İstəyinə uyğun olaraq, həmin gün növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib:

"Ona dərzi sexini qurması üçün bütün avadanlıqlar (bir neçə növ tikiş maşını masaları ilə birgə, buxar ütüsü, ütü masası və s.) verildi.

Qazimizin anası işləyir, qardaşı Elmir işləmədiyi üçün o da ödənişli ictimai işlərə cəlb edildi.

Hüseynin özünün isə yaxın günlərdə əlilliyi qiymətləndiriləcək. Əlillik təyinatı aparıldığı halda, hər ay təqaüd və müavinətlə, Nazirlik tərəfindən reabilitasiya xidmətləri ilə təmin olunacaq.

Bakının Suraxanı rayonunda yaşayan ailə bundan sonra da diqqətimizdə olacaq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.