Cəmiyyət

"Xəstəxanalarda tibb işçilərinin çatışmazlığı..." - Harmancı

16 Dekabr 2020 11:31
Baxış: 1 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pandemiya xəstəxanalarda əsas tibb xidmətlərinin göstərilməsinə təsir göstərib. Bəzi tibb müəssisələrində tibb işçilərinin çatışmazlığı müşahidə edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ÜST-nin Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, missiya dekabrın 8-12-də ÜST-nin missiyası Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələri ilə birlikdə Gəncə, Tərtər, Ağdam və Bərdədə 12 tibb müəssisəsinə səfər edib.
Səfərin nəticələri barədə danışan H.Harmancı qeyd edib ki, ümumilikdə bütün tibb işçiləri çətin dövrdə əllərindən gələni edirlər və etməyə davam edirlər. Təcili tibbi yardım maşınları COVİD-ə yoluxma sayının artması səbəbindən daha gərgin işləyirlər: "Yoluxma sayının artması hər kəsi narahat edir. Missiyanın səas nəticələri ondan ibarətdir ki, ümumi əhali üçün psixo və sosial dəstəyin artırılması, insanların həyatlarını xilas etmək vəə səhiyyə yükünün artırılması üçün yoluxma sayının artırılmasını dayandırılması, tibb işçilərinin qorunması və s-dir".

H.Harmancı əlavə edib ki, ÜST ən çox təsirə məruz qalan bölgələrə yardım göstərmək üçün yardımını davam etdirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.