Cəmiyyət

Saatlıda daş hasarın aşması sakinləri qazsız qoydu - VİDEO - FOTO

16 Dekabr 2020 11:34
Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün axşam saatlarında Saatlı rayonu H.Əliyev prospektində diametri 76 mm olan qaz xətti daş hasarın aşması nəticəsində zədələnib.

"Azəriqaz"dan Milli.Az-a verilən məlumata görə, nəticədə 80 fərdi yaşayış evinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bir qədər sonra hələlik 70 abonentin qaz təminatını bərpa etmək mümkün olub. Bundan başa 4 qaz sayğacı yararsız vəziyyətə düşüb.

Hadisənin fəsadlarının aradan qaldırılması üçün Salyan Regional qaz istismarı İdarəsi müvafiq tədbirləri icra edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.