Cəmiyyət

Tahir Mirkişili: "Banklarda kredit faizləri yüksəkdir"

15 Dekabr 2020 11:50
Baxış: 1 368
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Mərkəzi Bankında hazırda yeni qanun layihəsi barədə aktiv iş gedir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, Tahir Mirkişili deyib.

Deputat bildirib ki, banklarda kredit faizləri yüksəkdir: "Biz də istərdik ki, kredit faizləri birrəqəmli olsun. Bunun üçün banklarda olan sərbəst vəsaitlərin bazara sərbəst transferini təmin etmək lazımdır. Hazırda bank sistemi ilə bağlı Mərkəzi Bankda yeni qanun layihəsi üzərində iş gedir. Bu qanun layihəsi qəbul ediləndə bank kreditlərinə daha yaxşı çıxış imkanları yaradacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.