Cəmiyyət

Koronavirusun müalicəsində istifadə edilən dərmanlar niyə tapılmır? - VİDEO

15 Dekabr 2020 11:29
Baxış: 1 557
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda virusun ağrısı bir yana, müalicə zamanı dərman tapmaq da müşkülə çevrilib. Çox sayda vətəndaşlar dərmanların tapılmadığını, ya da baha qiymətə satıldığını iddia edirlər. Apteklərdə isə cavablar müxtəlifdir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, dərmanların qiymətləri məsələsindəki bu qeyri-müəyyənlik Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini hərəkətə keçirib.

Qeyd edək ki, dərmanların satış qiymətini Tarif Şurası müəyyən edir. Dövlət qeydiyyatından keçən dərmanların təsdiq olunmuş qiymətdən fərqli qiymətə satılmağı qadağandır. Belə hallara görə məsuliyyət tədbirləri nəzərdə tutulur.

Reyd zamanı şahidi olduğumuz faktlardan biri də bu oldu ki, apteklər adətən reseptdə yazılan dərmanların əvəzedicilərini təklif edirlər. Görünür, bu da problemi həll etməyin yeni növüdür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.