Cəmiyyət

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

11 Dekabr 2020 20:19
Baxış: 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Oğuz rayonu ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Xidmətin rəis müavini Bəhruz Məhəmmədov Milli.Az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Qəbələ rayon sakini Cavid Xasmamedov, Ağdaş rayon sakinləri Mehman Veyisov və Namik Qənbərov olduğu məlum olub.

"Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və hər biri 1500 manat məbləğində cərimə edilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.