Cəmiyyət

Qəhrəman kəşfiyyatçı Zahir Feyzullayev - Şəhid yoldaşının qisasını aldıqdan sonra özü də şəhid oldu - VİDEO

10 Dekabr 2020 15:52
Baxış: 1 796
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Döyüşdə şücaət göstərən leytinant, qəhrəman kəşfiyyatçı Zahir Feyzullayev şəhid döyüş yoldaşının torpağa tapşırıldığı gün onlarla ermənini məhv edərək dəfn yerinə zəng edib yoldaşının qisasını aldığını bildirib. Xocavənd uğrunda döyüşlərdə isə özü şəhid olub. Zahir "vətən torpaqları bizim qeyrət, namus rəmzimizdir, onu işğaldan azad etməliyik" arzusu ilə hərbi xidmətə gedib.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, vətən müharibəsində qəhrəmanlıq göstərənlərdən biri də kəşfiyyatçı Zahir Feyzullayev olub.

O, 1992 ci ilin 24 dekabrında Oğuz rayonunun Muxas kəndində anadan olub. Həqiqi hərbi xidməti başa vurduqdan sonra vətən torpaqlarının azad edilməsi arzusu ilə könüllü olaraq orduya gedib. Leytinant rütbəsi ilə Füzulidən başlayaraq, Zəngilan və Xocavənd istiqamətində döyüşüb. Son döyüşü Tuğ kəndi uğruna gedən döyüşlər olub. Hücum zamanı yaxınlığa düşən mərmi onu şəhidlik zirvəsinə yüksəldib. Onun qəhrəmanlığını ailə üzvləri yoldaşlarından eşidib.

Zahir Feyzullayev bundan əvvəl də hərbidə müxtəlif istiqamətlərdə fərqlənib. Medal və tərifnamələr alıb.

Ailəsi bildirir ki, fəxr edirlər ki, övladları vətən uğrunda şəhid olub. İndi onun ruhu şaddır, çünki, uğrunda döyüşdüyü torpalarımız düşməndən azad edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.