Cəmiyyət

Şəhid ailəsi 10 min manatlıq müavinəti fonda bağışladı - VİDEO - FOTO

9 Dekabr 2020 20:40
Baxış: 2 644
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hər kəs şəhid anasının dövlətin onlara ayırdığı şəhidliyə görə müavinəti, Silahlı Qüvvələrimizin Yardım Fondunun hesabına ianə etməsindən danışır. Şəhid, Məlik Zülfüqarovun ailəsi onlara verilən 10 min manatı Silahlı Qüvvələrin hesabına bağışlayıb.

Milli.Az bildirir ki, ARB TV-nin Xəbərlər komandası bununla bağlı ətraflı sujet hazırlayıb.

Yeganə Əbdülova (Şəhidin anası): "Bir gün oğlum mənə zəng elədi ki, ana, döyüşə gedirik, daha məni axtarma. Dedim oğul, sən ki, Vətən uğrunda müharibədə iştirak edirsənsə sağ-salamat get, sağ-salamat da qayıt".

Döyüş əsnasında Məlik ağır yaralanır və şəhid olur. Ən uca zirvəyə yüksəlir. Dövlətimizin şəhidliyə görə ayırdığı müavinətdən imtina edən Məlikin anası vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayır. Deyir ki, əgər torpaqlarımız yolunda oğlumu itirdimsə, onun adına gələn pul da dövlətimizə, ordumuza getməlidir.

44 günlük Vətən müharibəsində Məlik və onun kimi canından keçən oğullarımız sayəsində 30 illik həsrətimizə son qoyduq. Şəhidlərimizin qanı bahasına əbədi müstəqillik və suverenliyimizə imza atdıq. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.