Son günlərdə yağan güclü yağışlar nəticəsində Azərbaycanın Tərtər şəhərində bəzi həyətyanı sahələrə və evlərin yardımçı binalarına ziyan dəyib.
ANS PRESS-in məlumatına görə, Tərtər çayının rayon mərkəzindən keçən Tənək Arxı adlanan qolu Axundov küçəsində məcrasından qismən çıxıb və su bəzi həyətlərə dolub.
Sel suları çayın qolu üzərindəki körpülərdən birini də qəzalı vəziyyətə salıb. Nəticədə 10-dan çox ailə gün boyunca evlərindən çıxa bilməyib. Kənd sakini Qərib Nəsibov deyir ki, dünən axşamdan yağan yağış nəticəsində su hövzəsində yerləşən evlərin hamısına ziyan dəyib:
"Sel 12 evin körpüsünü aparıb. Evdən çıxa bilmirik, çardağın üstündən keçib gedib çörək almışıq".
Qeyd edək ki, dərhal Tərtər rayon Fövqəladə Hallar Komissiyası əraziyə texnika cəlb edib. Arxa gedən suyun qarşısı kəsilib və təhlükə aradan qaldırılıb. Hazırda mütəxəssislər ərazidə araşdırma aparır və dəyən ziyanı müəyyənləşdirir. Ümumilikdə isə son günlərdə yağan yağış nəticəsində bölgədəki dağ çaylarında suyun səviyyəsi 2 dəfə artıb.
/ANS PRESS/
DİGƏR XƏBƏRLƏR
- Bakı-Quba yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ
- Şəmsi Səmədzadə azadlığa buraxıldı
- Zirəddindən qorxunc proqnoz: Sabah...
- Ən çox radiasiya yayan telefonlar - Bu 10 model sağlamlığınıza ziyan vurur
- "Qadın gərək ərini anasının xörəklərindən yeməyə qoymasın"
- Bakının bu ərazisində nə bağça, nə də məktəb var
XƏBƏR LENTİ
- Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verdi
- "Fənərbağça"nın futbolçusu çiynindən zədə alıb
- Tiktoker Zeynəbə hökm oxundu
- Ağadadaş Ağayevin məhkəməsindən xəbər var - FOTO
- "Putin deyil, Tramp qalib gəlməlidir"
- "Allah nə yazıbsa onu yaşayırıq" - Aysundan ayrılıq xəbərinə reaksiya - FOTO
- Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınayıb
- İrandan gətirilən 20 min kq-dan çox uyğunsuz qida məhsullu məhv edilib - FOTO
- Bu cərimələr 4 dəfə artırılır
- Tramp Rusiyanı təhdid etdi, Türkiyəyə də təsiri var
- Alim Qasımovun qızına qarşı dələduzluq edən şəxslər saxlanıldı - FOTO
- Bu şəxslər 700 manat cərimə ediləcək
- Filarmoniyada 20 yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib - FOTO
- “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi hazırlanacaq
- Hərbi geyimlə bu yerlərə getmək QADAĞAN OLUNDU
- Sosial şəbəkələrdə bunu edənlər 10 ilədək həbs oluna bilərlər
- Azərbaycanda 21 yaşına çatmış vətəndaşlar silah ala biləcək
- Bu gecə metropolitenin iş vaxtı 1 saat uzadılacaq
- Hərbçilərə ŞAD XƏBƏR - Maaşları bu qədər artacaq
- Adamlardan xəbərsiz adlarına kredit götürülüb
- Hikmət Mirzəyevə yeni müavin təyin olunub
- AFFA “Turan Tovuz”u böyük məbləğdə cərimələdi
- Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub, təlimat imzalanıb - FOTO
- Jurnalistlərə medal veriləcək