Kraliça Yelizavetadan sonra ən uzun müddət padşahlıq edən monarx titulunu daşıyan Danimarka kraliçası Marqret tacını düz bir il əvvəl çıxararaq, qəfil və şok edici qərar verərək yerini oğluna vermişdi.
Milli.Az "Huriyyet"ə istinadla xəbər verir ki, kraliça Marqretdən sonra onun böyük övladı, vəliəhd şahzadə Frederik onun tərk etdiyi taxtda oturaraq, Danimarkanın yeni kralı elan edilib. Marqret bu qərarını irəliləyən yaşı və səhhətindəki problemlərlə əlaqələndirsə də, əslində bu qərarın arxasında tamamilə fərqli bir həqiqət olub.
Bildirilir ki, Kral Frederik və Kraliça Meri bir il ərzində verdikləri sevgi dolu pozlar və qatıldıqları mərasimlərlə kral ailəsinin imicini gücləndiriblər.
İddiaya görə, ötən may ayında evliliklərinin 20-ci ildönümünü qeyd edən cütlüyün münasibətləri o qədər gərgindir ki, rəsmi kraliyyət portretində belə yan-yana gəlmək istəməyiblər, fotolar ayrı-ayrı çəkilib və montaj edilib.
Bunun arxasında Frederikin taxta çıxmazdan bir müddət əvvəl arvadı Meriyə xəyanət etməsi iddiası olub. "Party Prince" Frederik "Kral Frederik" olmamışdan əvvəl onun həyat yoldaşı Meri Genoveva Casanova adlı sosialist gözəlliyi ilə aldatdığı məlumdur.
Bu xəyanət nəticəsində Kraliça Marqretin üzərinə düşən çətin vəzifə oğlunu bu vəziyyətdən qurtarmaq olub. Ana Marqret Frederikin imicini düzəltmək üçün öz nüfuzunu riskə ataraq taxtını oğluna verməyi qəbul edib.
Frederik vəliəhd şahzadə olarkən boşanma hüququna sahib olsa da, artıq taxtda oturan bir kral olduğu üçün krallıq qaydalarına görə həyat yoldaşından boşanma şansı yoxdur. Kraliça Meri də beləliklə, uğradığı xəyanətin sübutu əlində olsa belə, bu barədə nə danışa bilir, nə də kral həyat yoldaşından ayrıla bilir.
Qeyd edək ki, Frederik və Merinin 19 yaşlı vəliəhd şahzadə Kristian, 18 yaşlı şahzadə İzabella və 14 yaşlı əkizlər şahzadə Vinsent və şahzadə Jozefin adlı övladları var.
Nərmin
Milli.Az