Ölkə

Alim Qasımovun qızına qarşı dələduzluq edən şəxslər saxlanıldı - FOTO

23 Yanvar 2025 16:38
Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkədə tanınmış şəxslərə qarşı kiberdələduzluq edən şəxslər saxlanılıblar.

Milli.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Eldəniz Mehrəliyev və Elnur Məmmədov saxlanılıblar.

Xatırladaq ki, Əməkdar artist Fərqanə Qasımova sosial media hesabında paylaşım edərək dələduzluqla üzləşdiyini bildirmişdi.

O qeyd etmişdi ki, dələduz rəfiqəsinin adından istifadə edərək pula ehtiyacı olduğunu deyib. Nəticədə Fərqanə Qasımova aldanaraq istənilən məbləği göndərib. Onun 400 manatı dələduz tərəfindən mənimsənilib./oxu.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.