Cəmiyyət

Şagirdlərin təxminən 25 faizinin onlayn dərslərə cəlb edilməməsi bizim üçün problemdir - Nazir

2 Dekabr 2020 19:29
Baxış: 894
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda və digər böyük şəhərlərdə şagirdlərin 74-75 faizi onlayn dərslərə cəlb edilib. Yerdə qalan 25 faiz şagird bizim üçün problemdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, ölkədə 1 milyon 500 min şagird var:

"Amma etiraf edək ki, Azərbaycan bazarında 1 milyon 500 min sayda kompüter satışda yoxdur. Bu qədər şagirdi kompüterlə təmin etsək belə, problem öz həllini tapmayacaq. Əksinə, bizim daha ciddi problemlərimiz olacaq. Bu, sistemli bir iş olmalıdır. "Bir şagird-bir kömpüter" sisteminin tətbiq edildiyi ölkələrə baxdıqda görmək olar ki, bir çoxlarında böyük uğur əldə edilməyib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.