Cəmiyyət

Bir şəxslə, eyni zamanda, əmək və xidmət müqaviləsi bağlamaq mümkündür?

7 Dekabr 2020 07:14
Baxış: 1 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İşçi müəssisə ilə əmək müqaviləsi bağladığı halda, eyni zamanda, xidmət müqaviləsi bağlayıb əlavə məvacib ala bilərmi?

Milli.Az xəbər verir ki, Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, qeyd olunan hal sahibkarlıq fəaliyyəti hesab olunur və qanunvericilikdə bununla bağlı məhdudiyyət nəzərdə tutulmayıb. Bu halda, həmin şəxs vergiödəyicisi kimi uçota alınaraq əldə olunan gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı xərclərini çıxmaqla gəlir vergisi ödəməlidir. Vergiödəyicisi kimi uçotda olmadığı halda isə, gəliri ödəyən şəxs ödəmə mənbəyində 14 faiz dərəcə ilə gəlir vergisi və 25 faiz dərəcə ilə sosial sığorta haqqı tutub aidiyyəti üzrə köçürməli, hesabat təqdim etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.