Cəmiyyət

Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanılıb

1 Dekabr 2020 10:40
Baxış: 1 563

Laçın rayonunda komendant postlarının yaradılması ilə bağlı işlər görülür.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Laçın Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda bu istiqamətdə hazırlıq aparılır: "Bu gün Azərbaycan Ordusu rayon ərazisinə daxil olub. Ordu mövqeləri möhkəmləndirəndən sonra komendant postlarının yaradılmasına başlanacaq. Yəqin ki, sabah komendant postları yaradılacaq, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları əraziyə köçürüləcək".

Qeyd edək ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.