Cəmiyyət

Yaşayış binasında baş verən yanğın söndürülüb

30 Noyabr 2020 08:19
Baxış: 610

08:12

Abşeron rayonunun Masazır qəsəbəsində çoxmərtəbəli yaşayış binasının zirzəmisindən 13-cü mərtəbəsinə qədər şaxta boyunca elektrik kabelləri 39 p.m, mərtəbələrin pilləkən qəfəslərində quraşdırılan 52 ədəd elektrik sayğacı və zirzəmisində ümumi sahəsi 150 m² olan mebel sexinin giriş qapısı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın zamanı 37 nəfər bina sakini (onlardan 7 nəfəri azyaşlıdır) yanğınsöndürənlər və xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Sayğacların qalan hissəsi, mənzillər və mebel sexi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

---------

00:20

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayış binasında (Viktoriya yaşayış kompleksi) yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, binanın şaxtasında elektrik naqilləri və sayğaclar yanıb. 17 nəfər bina sakini (o cümlədən 7 azyaşlı) təhlükəsiz əraziyə çıxarılıb. Yanğın söndürülüb.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.