Cəmiyyət

5000 abonent qazla təmin olunacaq - FOTO

28 Noyabr 2020 11:41
Baxış: 1 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suraxanı rayonunda geniş infrastruktur layihələri həyata keçirilir ki, bu da əhalinin sosial-məişət şəraitinin getdikcə daha da yaxşılaşdırılmasına səbəb olur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun qəsəbələrində kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər davam etdirilir. Hövsan qəsəbəsində uzun illərdir salınmış Südçülük sovxozu adlandırılan yaşayış sahəsində qaz təchizatı şəbəkəsinin olmaması sakinlərin ciddi probleminə çevrilib. Mavi yanacaqla təminat probleminin aradan qaldırılması məqsədilə hazırda yaşayış sahəsində 5000 abonentin istifadəsi üçün nəzərdə tutulan yeni qaz xətlərinin çəkilişi işlərinə başlanılıb.

Südçülük sovxozu adlandırılan yaşayış sahəsinin qazlaşdırılması, həmçinin qış mövsümünün başlanması ilə əlaqədar istilik probleminin də aradan qaldırılmasına xidmət edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.