Cəmiyyət

Vilayət Eyvazovdan generalın yerinə TƏYİNAT

24 Noyabr 2020 14:46
Baxış: 2 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Namiq Həsənov DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi təyin edilib.

O, bundan əvvəl Suraxanı Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət əvvəl DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov xidmətkeçmədə son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.