Taha Ayhanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Milli.Az bildirir ki, səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavinləri İntiqam Babayev və Fərhad Hacıyev ilə görüşüblər. Görüş əsnasında əməkdaşlıq perspektivlərinin genişləndirilməsi və yeni birgə layihələr haqda fikir mübadiləsi aparılıb. Gənclər və İdman Nazirliyinin rəsmiləri Azərbaycanın tarixi zəfər qazandığı bir dövrdə bu səfərin baş tutduğu üçün məmnunluqlarını ifadə edərək, tərəflər arasında əməkdaşlığın daha da artırılmasının vacibliyini və Azərbaycanın hər zaman olduğu kimi Forumun fəaliyyətlərinə dəstək göstərəciyini vurğulayıblar.
Bununla yanaşı, səfərdə olan nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov, Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev,Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının ofisində gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirib, qarşılıqlı əməkdaşlıq və gələcək planlar ətrafında fikir mübadiləsi aparıblar.
18 noyabr tarixində Taha Ayhan və onu müşaiyət edən nümayəndə heyəti Gəncə şəhərinə səfər edərək Ermənistan silahlı qüvvələrinin azərbaycanlı dinc əhaliyə qarşı törətdiyi hərbi cinayətlər nəticəsində baş vermiş faciənin izləri ilə tanış olublar. Gəncə şəhəri icra hakimiyyətinin başçısı Niyazi Bayramov cinayətkar erməni ordusu tərəfindən atılan ballistik raketlərin dağıtdığı yaşayış ərazilərini qonaqlara göstərərək, dinc əhaliyə hücumlar zamanı baş vermiş itkilər və dağıntılar haqda ətraflı məlumat verib. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin və erməni terroruna məruz qalmış müharibə qurbanlarının xatirəsi yad edilib.
Səfər haqda ətraflı müsahibə verən Taha Ayhan Azərbaycan həqiqətlərinin, həmçinin dinc əhaliyə qarşı Ermənistanın törətdiyi cinayətlərin geniş ictimaiyyətə çatdırılması üçün İƏT Gənclər Forumunun lazımi işlər görəcəyini və geniş fəaliyyət aparacağını bildirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
XƏBƏR LENTİ
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi





