Binalara istilik verilməsilə bağlı yaranmış problem aradan qaldırıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azəristiliktəchizat" ASC ölkə ərazisində istehlakçıların istiliklə təmin edilməsində yaranan problemi həll edib.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "Azəristiliktəchizat" ASC-nin şöbə müdiri Rafiq Əliyev deyib.
O bildirib ki, istiliyin verilməsinin yubanmasının səbəbi bəzi texniki məsələlər olub: "Bəzi qazanxanalara qaz verilmədiyi üçün həmin ərazilərdəki bina və obyektlər istiliklə təmin edilməmişdi. Bu gün günortadan sonra həmin problem həllini tapdı və ərazilərə istiliyin verilməsinə başlandı. Bu gün axşam və ya sabah səhər saatlarına qədər bütün ərazilərə istilik veriləcək".
R. Əliyev bildirib ki, ümumilikdə 559 qazanxananın 160-ı noyabrın 15-dən işə salınsa da, bəzi səbəblərdən digər qazanxanaların fəaliyyəti bərpa edilməmişdi: "İşləməyən qazanxanaların bəziləri təhsil müəssisələrinin qazanxanalarıdır ki, həmin qazanxanaların hazırda işləməsinə ehtiyac yox idi. Amma bundan başqa da bəzi ərazilərdəki qazanxanalar fəaliyyətə başlamamışdı. Qazanxanaların fəaliyyətində heç bir nasazlıq yox idi, sadəcə, qazın verilməsində problemlər var idi, o da həll edildi".
Qeyd edək ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlanılır. 2020-2021-ci illər payız-qış mövsümü ərzində Cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə 3 870 yaşayış binası, o cümlədən 182 minə yaxın mənzil, 287 məktəb, 159 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 1 950 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
XƏBƏR LENTİ
-
Tovuza dolu düşüb - (Video)
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Yasamal və Babəkdə işıq olmayacaq - Yenilənib
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)
-
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb - Yenilənib
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq
-
Xamenei xalqa müraciət etdi
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı





