Cəmiyyət

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlandı

17 Noyabr 2020 16:26
Baxış: 1 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 1 020 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 66 obyekt çoxdur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.

Məlumata görə, 2020-ci ilin oktyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 137 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2019-cu ilin sentyabrından 12 obyekt çoxdur.

2020-ci ilin oktyabr ayında Türkiyədə 119 574 əmlak satılıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz azdır.

2020-ci ilin sentyabr ayında Türkiyədə 5 258 əmlak əcnəbilərə satılıb ki, bu da 2019-cu ilin eyni ayına görə 23,1 faiz çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.