Cəmiyyət

Ermənilərdən gülünc paylaşım: "Qədim tarixlərinə" aid edilən xəritədə Mingəçevir SES də var - FOTO

3 Noyabr 2020 17:02
Baxış: 4 838
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan mətbuatı və sosial şəbəkələri növbəti dəfə özlərini gülünc vəziyyətə salıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, son günlər erməni mətbuatı və sosial şəbəkələrində saxta "qədim Ermənistan krallığı" xəritəsinin fotoları yayılmaqdadır. Sözgedən xəritədə Mingəçevir Su Elektrik Stansiyası (SES) da yer alıb. Qonşu dövlət xəritəni qədim olduğunu iddia etsə də, onlar SES-in 1950-ci ildə yarandığını unudublar.

Azərbaycanın ən mühüm enerji obyektlərindən biri olan Mingəçevir SES hələ 1950-ci illərdə Kür çayı üzərində inşa olunub. Həmin yerdə sahəsi 600 kv.km-dən çox olan elektrik stansiyasında enerji istehsalını təmin edən su anbarı yaradılıb. O, təkcə Azərbaycanı elektrik enerjisi ilə təmin etmir, həm də Rusiya, Gürcüstan, İran və Türkiyəyə enerji ixrac etməyə imkan verir.

Maraqlıdır, 70 illik SES necə qədim abidəyə çevirilib və "qədim erməni xəritəsi"ndə yer alıb?

Bu, ermənilərin iddialarının ən azı "qədim erməni krallığı" xülyası qədər absurd və gülünc olduğunu göstərir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.