Azərbaycanda ağaclar üçün yeni məlhəm hazırlanıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AMEA Yüksək Texnologiyalar Parkının rezidenti tərəfindən ağac budaması zamanı tətbiq olunan effektiv məlhəm hazırlanıb.
Yüksək Texnologiyalar Parkından Milli.Az-a verilən məlumata görə, son zamanlar qlobal istiləşmə ilə əlaqədar ağacların budama yerlərində çürümə prosesinə bağlı xəstəliklərə daha çox rast gəlinir. İsti havalarda ərimə temperaturu yüksək olduğu üçün budama zamanı istifadə olunan qoruyucu laydan ibarət məlhəmlərin effektivliyi azalır. Yüngül zədələrdən fərqli olaraq, dərin və irimiqyaslı zədələr zamanı əlavə qoruyucu vasitələrdən istifadə olunmasına ehtiyac yaranır.
Bu problemlə əlaqədar bir neçə il bundan öncə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən isti hava şəraitinə daha dayanıqlı məlhəmin hazırlanması üçün AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavoduna müraciət olunmuşdur. Bu məqsədlə Zavodun Elmi-tədqiqat sınaq laboratoriyası tərəfindən bir neçə nümunə hazırlanaraq instituta göndərilmiş, bu nümunələrdən biri yüksək effektivlik nümayiş etdirmişdir. Belə ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna təqdim olunan təcrübə nümunələri 1 hektar ərazidə sınaqdan keçirilmiş və müsbət nəticələr əldə olunmuşdur.
Hazırda Təcrübə-Sənaye Zavodunda "Bağ məlhəmi" adlı həmin məhsulun kütləvi istehsalına başlanılıb. Bu preparat meyvə ağaclarında budamadan sonra yaranan yaralarda göbələk, bakteriya, virus mənşəli xəstəliklər, həmçinin zərərvericilərin məskunlaşmasının qarşısının alınması məqsədilə istehsal olunub.
Tam yerli xammal bazası əsasında hazırlanmış "Bağ məlhəmi"nin Azərbaycanın müxtəlif bölgələrində üzümlüklərdə, meyvə bağlarında ağac budamasından sonra onun zədələnmiş hissələrdəki kəsiklərin üzərində tətbiq olunması ağacların sağlam qalması və vaxtından əvvəl qurumaması baxımından böyük səmərə verəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
XƏBƏR LENTİ
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Ovni Muradov nazir təyin edildi
-
İdmançı Əmrah Nağıyev həbs edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib





