"Əsgərimizin cəbhədə ard-arda uğurlar qazanması yaralarımıza məlhəm kimi gəlir" - Gəncə xanı Cavad xanın nəslinin davamçısı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gəncə xanı Cavad xanın nəslinin Malayziyada yaşayan davamçısı Kazım Cavadxanlı Ermənistana sərt çağırış etdi.
Milli.Az Trend-ə istinadən bildirir ki, tarixi Gəncə xanı Cavad xanın nəslinin hazırda Malayziyada yaşayan davamçısı, tanınmış beyin cərrahı Kazım Cavadxanlı Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi hərbi təcavüzkarlığı, o cümlədən Gəncə şəhərinə raket hücumlarını kəskin şəkildə pisləyib.
Bu məqsədlə ölkəmizin Malayziyadakı səfirliyi ilə telefon əlaqəsi saxlayan soydaşımız müxtəlif yerli və beynəlxalq KİV-də Ermənistanın Gəncədə törətdiyi qanlı hadisələr barədə gördüyü süjetlərdən dəhşətə gəldiyini, Ermənistanın siyasi-hərbi rəhbərliyinin əməllərinin birmənalı olaraq müharibə cinayəti olduğunu qeyd edib.
K.Cavadxanlı bildirib: "Görünür, Ermənistan rəhbərliyi beynəlxalq hüquqla yanaşı, tarixi həqiqətlərə də məhəl qoymur. Azərbaycan xalqının, rəşadətli Azərbaycan igidlərinin tarixdəki oxşarsız şücaətlərini nə tez belə unudublar? Şanlı keçmişimizdən bilirik ki, Azərbaycan xalqının dostluğu nə qədər möhkəm, qonaqpərvərliyi nə qədər mehribandırsa, qəzəbi də o qədər şiddətlidir. Bir neçə gün bundan əvvəl Gəncə hadisələrində olduğu kimi, günahsız körpələri, qocaları, qadınları gecə yarısı amansızca qətlə yetirmək dünyanın hər bir ölkəsində lənətlə qarşılanır. Ermənistan rəhbərliyi gec-tez bütün bunların cavabını verəcəkdir. Lakin bu ağır günlərdə Azərbaycanın Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və məğrur siyasəti nəticəsində Azərbaycan əsgərinin cəbhədə ard-arda uğurlar qazanması yaralarımıza məlhəm kimi gəlir. Sevinirik, qürur duyuruq. Mən bütün soydaşlarmıza ən qısa zamanda mütləq qələbə arzulayıram. Əminəm ki, o qələbə uzaqda deyil".
K.Cavadxanlı, həmçinin Ermənistanın hərbi təxribatları zamanı həlak olan soydaşlarımızın yaxınlarına başsağlığının, eləcə də yaralılara şəfa diləyinin çatdırılmasını xahiş edib.
Ölkəmizin Malayziyadakı səfiri Qaley Allahverdiyev bu nəcib münasibətə görə K.Cavadxanlıya təşəkkür edib, bu gün yaşadığı yerdən asılı olmayaraq dünyadakı soydaşlarımızın bir amal, bir qayə uğrunda birləşərək Vətən müharibəsində Azərbaycana verdiyi hər bir dəstəyin önəmli olduğunu bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
XƏBƏR LENTİ
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)
-
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)





