Cəmiyyət

Təmas xəttində top mərmiləri, dron və partlamış mərmi qalıqları aşkarlanıb - FOTO

20 Oktyabr 2020 07:33
Baxış: 4 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 19-u Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Kürdəmir, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 19 (on doqquz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 1 (bir) müraciət daxil olub.

ANAMA-dan Milli.Az-a verilən məlumata görə, daxil olmuş 20 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Şənlik, Nəcəfqulubəyli, Poladlı kəndləri, Ağdam rayonunun Çəmənli, Alıbəyli, Paşabəyli kəndləri və Ergi qəsəbəsi, Bərdə rayonunun Qaradağlı, Soğanverdilər, Təhlə kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Kürdəmir rayonunun Karrar kəndi, Tərtər rayonunun Seydimli, Əskipara, Ələsgərli kəndləri və H.Aslanov küçəsi və Gəncə şəhəri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 12 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ), 2 ədəd 152 mm-lik top mərmisi (OF-45), 1 ədəd 240 mm-lik top mərmisi (M24F), 1 ədəd dron və 11 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd 9N235 bombacığı zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 2 028 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr - 19 oktyabr 2020-ci il tarixlərində 708 siqnal (əməliyyat çağırışı) əsasında 588 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Kürdəmir, Zərdab, Xızı, Oğuz rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Bakı-Tbilisi-Ceyhan Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 99 ədəd partlamamış hərbi sursat (PHS), 1 143 ədəd bombacıq, 1 180 ədəd müxtəlif çaplı patronlar, 10 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 6 ədəd dron (zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxemi və 289 ədəd partlamış raket hissələri aşkar olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.