Cəmiyyət

Təqaüdçü polkovnikdən ordu ilə bağlı təqdirəlayiq addım

19 Oktyabr 2020 12:13
Baxış: 2 892
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəmkir sakini, ehtiyatda olan polkovnik-leytenant, keçmiş hərbi hissə komandiri Nəbi Əhmədov alqışalayiq addım atıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, xaricdə yaşayan övladlarının onun ehtiyacı üçün göndərdiyi pulu və öz təqaüdündən topladığı 50 min manat pulu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

Rəşadətli əsgərlərimizə müqəddəs Vətən müharibəsində uğur arzulayan N.Əhmədov Azərbaycan Ordusunun böyük qələbəsinin uzaqda olmadığını deyib:

"Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır!"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.