İşğaldan azad olunan sərhəd zastavalarımız üzərində dövlət bayrağımız ucaldılıb - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan-İran dövlət sərhədinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan 132 km-lik hissəsinin azad edilməsinə başlanılması Azərbaycan sərhədçiləri tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanıb.
Dövlət Sərhəd Xidmətindən Milli.Az-a verilən məlumata görə, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki "Çaxırlı" və "Mahmudlu" sərhəd zastavaları üzərində 16 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılmış və bu sərhəd zastavalarının xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə təntənəli mərasim təşkil edilmişdir.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında Ermənistan Silahlı Qüvvələrinin əzəli Azərbaycan torpaqlarından qovulması üzrə döyüş əməliyyatlarında Azərbaycan sərhədçilərinin də şərəflə iştirak etməsi və Silahlı Qüvvələrin digər növləri ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirməsi xüsusi qeyd edilib.
Dövlət sərhəd xəttində xidmət aparan hər bir sərhədçi zabitin, gizirin, çavuşun və əsgərin də düşmənə qarşı döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olmaları vurğulanmış, şəxsi heyətin döyüş ruhunun son dərəcə yüksək olması, hərbi qulluqçulardan döyüş bölgəsinə göndərilmə barədə çoxsaylı müraciətlərin daxil olması bildirilib.
1993-cü ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş və 27 ildən sonra azad edilmiş həmin ərazidə dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin şəxsi heyəti tərəfindən təşkil olunub.
Yaxın müddətdə işğaldan azad ediləcək digər sərhəd zastavalarında sərhəd mühafizə tədbirlərinin həyata keçirilməsinə hazırlıq tədbirləri davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
XƏBƏR LENTİ
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)





