Cəmiyyət

Hande Harmancıdan koronavirus vaksini ilə bağlı açıqlama

16 Oktyabr 2020 19:48
Baxış: 1 527
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusa qarşı vaksinlərin ilk dozaları ölkələrə 2021-ci ilin ortalarında gəlməyə başlayacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, hazırda 200-ə yaxın namizəd peyvənd inkişaf mərhələsindədir. Bunlardan 42-i insan üzərində sınaqdan keçirilir. Təxminən 10-u üçüncü sınaq mərhələsindədir və ya daxil olmaqdadır. Birinci və ikinci mərhələdə olan bir neçə namizəd peyvənd qarşıdakı 2 ay ərzində üçüncü mərhələyə daxil olacaq:

"Genişmiqyaslı sınaq mərhələsinin nəticələrinin ilin sonunda gələcəyini gözləyirik. Məlumatlar əldə edildikdən sonra tənzimləyici orqanların peyvəndlərin təhlükəsizliyini və effektivliyini qiymətləndirməsi lazım olacaq və təsdiq olunmuş peyvəndlərin istehsalı başlayacaq. Bu mərhələləri nəzərə alaraq, ölkələrə ilk dozalar 2021-ci ilin ortalarından gələcək. İlk dozalar məhdud olacağından tibb işçiləri və yaşlı insanlar kimi həssas qruplar üçün peyvəndi prioritetləşdirməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.