Cəmiyyət

Bakı sakini bağlı qapı arxasında canını tapşırdı

23 Aprel 2010 16:03
Baxış: 209
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, köməksiz vəziyyətdə qalan 75 yaşlı Yaşar Məlikov dünyasını dəyişib. Onun meyiti mənzildən xilasedicilərin köməkliyi ilə çıxarılıb. Belə ki, Yasamal rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlum olub ki, vətəndaş giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən qonşu mənzilin eyvanından keçərək həmin mənzilə daxil olub. Mənzilə baxış keçirilərkən Y.Məlikov döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanıb. İlkin müayinə zamanı Y.Məlikovun vəfat etdiyi müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.