Cəmiyyət

"Mən sizə "Sarı Gəlin", balaban, yarpaq dolmasıyam?!" - Jalə Həsənlidən ermənilərə

30 Sentyabr 2020 14:40
Baxış: 7 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, ermənilərin yeni yalanı ifşa olunub.

Rus saytları və ermənilərin sosial şəbəkələrində yayılan daha bir "fake" məlumatında bir neçə gün öncə xalqımıza cəbhədən gələn sevindirici qələbə xəbərini çatdıran İTV-nin xəbər aparıcısı Jalə Həsənlinin Ermənistanın İctimai televiziyasının aparıcısı olduğu iddiası irəli sürülüb.

Yalan məlumatda bildirilib ki, erməni aparıcı Qarabağ ətrafındakı münaqişə zamanı ölənlərin siyahısını oxuyarkən göz yaşlarına hakim ola bilməyib.

Sosial şəbəkələrdə yer alan erməni paylaşımı gülüşə səbəb olub.

Milli.Az sonxeber.az-a istinadən xəbər verir ki, İTV-ni aparıcısı sözügedən "fake" xəbərə öz münasibitəni bildirib:

"Zarafatsız, maraqlıdır mənə, bunların qidasına nə qatırlar? Belə düşünmək üçün nə yeyib, nə içirlər?

Mən "Sarı Gəlin", balaban, yarpaq dolması", kababam sizin üçün?

Onları özəlləşdirməyə çalışmağınız bəs deyil, indi də məni özəlləşdirirsiniz, ay yazıqlar!

Heç nəyi olmayan bədbəxtlər. Onun-bunun sərvətinə göz dikən işğalçılar!

Mənim damarlarımda Azərbaycan türkünün qanı axır. Bu qanı daşımaq, azərbaycanlı olmaq bir şərəfdir, erməni olmaqsa təhqirdir. Xahiş edirəm məni təhqir etməyin".

Qeyd edək ki, Azərbaycanın İctimai televiziyasının aparıcısı Jalə Həsənli işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlərin düşməndən azad olunması xəbərini izləyicilərə çatdırarkən göz yaşlarını saxlaya bilməyib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.