Cəmiyyət

Jaləni erməni aparıcı kimi təqdim etdilər - FOTO

30 Sentyabr 2020 13:50
Baxış: 13 437
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənilərin daha bir yalanı ifşa olub.

Milli.Az sonxeber.az-a istinadən xəbər verir ki, rus saytları və ermənilərin sosial şəbəkələrdə yayılan daha bir "fake" məlumatında bir neçə gün öncə xalqımıza cəbhədən gələn sevindirici qələbə xəbərini çatdıran İTV-nin xəbər aparıcısı Jalə Həsənlinin Ermənistanın İctimai televiziyasının aparıcısı olduğu irəli sürülüb.

Yalan məlumatda bildirilib ki, erməni aparıcı Qarabağ ətrafındakı münaqişə zamanı ölənlərin siyahısını oxuyarkən göz yaşlarına hakim ola bilməyib.

Sosial şəbəkələrdə yer alan erməni paylaşımı gülüşə səbəb olub.

Qeyd edək ki, Azərbaycanın İctimai televiziyasının aparıcısı Jalə Həsənli işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlərin düşməndən azad olunması xəbərini izləyicilərə çatdırarkən göz yaşlarını saxlaya bilməyib.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.