Dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstəsinin sədaları Vaşinqton şəhərində - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
25 sentyabr tarixində Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurası (Washington International Piano Arts Council - WİPAC) və Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və ABŞ-dakı Səfirliyinin dəstəyi ilə bəstəkar, milli operanın banisi Üzeyir Hacıbəyovun anadan olmasının 135-ci ildönümü münasibətilə tədbir keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, WİPAC-in İdarə heyətinin üzvü və təsisçisi Şato Qardeki tədbiri açıq elan edərək təşkilatçılara və dəstək olanlara təşəkkürünü bildirib. Dahi bəstəkar Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında məlumat vermiş, eləcə də Azərbaycan Respublikasının Dövlət himnin müəlliflərindən biri olduğunu qeyd edib. Daha sonra çıxış edən Səfirliyin müşaviri Orxan Zeynalov tədbirin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürünü bildirib. O.Zeynalov ABŞ-da Azərbaycanın Qarabağ bölgəsində doğulmuş tanınmış bəstəkar Ü.Hacıbəyova həsr olunmuş belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən, iki ölkə arasında mədəni əlaqələrin inkişafına böyük töhfə verməsindən bəhs etmiş və WİPAC-in rolunu mədəni diplomatiyanın inkişafında xüsusi rolunu vurğulayıb.
Tədbirdə Marina Şinko (soprano) və Frenk Konlonun (pianoçu) ifasında dahi bəstəkar Üzeyir Hacıbəyovun şairimiz Nizami Gəncəvinin şeirinə bəstələnmiş "Sevgili Canan" əsəri və "Koroğlu" operasından Uvertura səsləndirilmişdir. Həmçinin tədbirdə tanınmış dünya bəstəkarlarının ifaları səsləndirilib.
Qeyd edək ki, Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurası Azərbaycan Dillər Universiteti və Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyi ilə 2017-ci ildən əməkdaşlıq edir. Eyni zamanda 2019-cu ildə Vaşinqton şəhərində WİPAC-in təşkilatçılığı ilə şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilmiş və Nəsiminin "Sığmazam" fəlsəfi qəzəlinə amerikalı bəstəkar Andreü Celentanonun musiqi bəstələyib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bank kartları ilə pul köçürmələrinin aylıq limiti artırıldı - Yenilənib
-
Toyuq filesinin qiyməti 10 manata qalxdı
-
"ADEX 2026"da ilk dəfə Azərbaycanın "Arrow 3" kamikadze dronu sərgilənib - (Foto)
-
Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq
-
Bu şəxslərin maaşı artırılır - Qərar qəbul edildi
-
Azərbaycanda dövlət qulluğu qaydaları dəyişir
XƏBƏR LENTİ
-
Netanyahu “Flydubai” təyyarəsində baş verənlərdən danışdı
-
Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi
-
Külək güclənəcək - xəbərdarlıq
-
Türkiyə "4 böyüklər"ində mərc şoku: 31 rəhbər şəxs PFDK-ya göndərildi
-
Bank kartları ilə pul köçürmələrinin aylıq limiti artırıldı - Yenilənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - (Video)
-
Füzulidə 24 yaşlı şəxs həkimi döydü, xadimənin sümüyünü sındırdı
-
Deputatların pensiyası ilə bağlı yeni qayda
-
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı
-
Oktyabrın ilk günlərində temperatur 5-8 dərəcə enəcək - xəbərdarlıq
-
Sərnişin gəmisi batdı: 78 nəfər öldü, 57 nəfər itkin düşüb
-
"Rusiya bəziləri kimi əl açıb sədəqə dilənə bilməz"
-
Toyuq filesinin qiyməti 10 manata qalxdı
-
İran səfiri Gürcüstan XİN-ə çağırıldı
-
"ADEX 2026"da ilk dəfə Azərbaycanın "Arrow 3" kamikadze dronu sərgilənib - (Foto)
-
ABŞ-də yaşayan Fərid illər sonra oxudu - (Video)
-
Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri açıqlandı
-
Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq
-
Bu şəxslərin maaşı artırılır - Qərar qəbul edildi
-
Azərbaycan boksçuları Avropa çempionatında mübarizəyə başlayır
-
Pünhan Piriyev rəqsindən sonra daha bir video ilə gündəm oldu
-
Azərbaycanda dövlət qulluğu qaydaları dəyişir
-
Sergey Melikov yeni vəzifəyə təyin olundu
-
Futbol klubunun prezidenti başından güllələndi





