Samirə: "5 il ərzində heç bir yerdə görünmədiyim üçün..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Televiziyasının yeni mövsümdəki yeniliklərindən biri də TV-yə yeni simaları cəlb etmək oldu. Onlardan biri də işinin peşəkarı olan teleaparıcı Samirə Mustafayevadır. "ATV Xəbər"in əsas buraxılışının aparıcısı olan S.Mustafayevanın 5 il sonra televiziyaya qayıdışı isə kifayət qədər maraqla qarşılandı.
Milli.Az bildirir ki, AzTV-nin rəsmi "Telegram" kanalı xanım aparıcıdan müsahibə alıb.
Həmin müsahibəni təqdim edirik:
- Samirə xanım, efir üçün darıxmışdınızmı?
- Həmişə elə hiss eləmişəm ki, mən televiziyada doğulmuşam. Lakin son 5 il ərzində TV-yə geri dönməyi düşünmürdüm. Bir neçə televiziyadan təkliflər almağıma baxmayaraq, yenidən bu işə başlamağı heç ağlıma da gətirmirdim. Amma AzTV-yə gəldim, efirə çıxdığım an efir üçün nə qədər darıxdığımı hiss etdim. O sevgini, o hissləri təzədən yaşadım.
- Geridönüş çətin olmadı ki?
- 2 il idi Azərbaycan Televiziyasının bədii rəhbəri Ranar Musayevlə danışıqlarımız olurdu. Məni TV-yə qayıtmağa razı salmağa çalışırdı. "Yox, yox" deyib razı olmurdum. Amma elə bir məqam yetişdi ki, "yox" baryerini aradan götürməyə qərar verdim.
- Sirr deyil ki, zahiri görkəminizdə dəyişikliklər etmisiniz. Dəyişiklik etməyə ehtiyac hiss etdiniz, yoxsa...
- 5 il ərzində heç bir yerdə görünmədiyim üçün zahirimdəki dəyişiklik tamaşaçıya qəribə gəldi. Mən əvvəllər də tez-tez dəyişiklik edirdim. 5 il əvvəl də bir gecə yatıb səhər saçlarını qısa kəsdirən, qara saçı sarı rəngə boyayıb efirə çıxan mən olmuşam. Tamaşaçılar, bəlkə də o dövrləri unudub. Amma illər, aylar insanı dəyişir axı. Bu illər ərzində çox aparıcımız dəyişib. Üzdə olan insanların dəyişdiyini görə-görə gəlmişik deyə bizə qəribə gəlmir. Mən isə uzun müddət heç yerdə görünmədiyim üçün belə bir reaksiya normal qarşılanandır. Dəyişikliyim müzakirə olunubsa, bunun özü belə mənə xoşdur. Bütün bunlar göstərdi ki, tamaşaçı məni unutmayıb. Əslində, məni televiziyaya tamaşaçı qaytardı. Sizə maraqlı bir xasiyyətimi deyim: mən rəsm çəkməklə sakitləşən adamam. Bununla sanki neqativi atıram üzərimdən. Buna görə də efirdə olmadığım illərdə başımı makiyaj etməyi öyrənməklə qatdım, nəsə yaratmağa çalışdım. Şəxsi instaqram səhifəmdə bu tip əl işlərimi paylaşarkən belə "Samirə xanım, efirə nə zaman qayıdırsınız?" yazanların sayı-hesabı olmurdu. İnsanların bu çağırışları məni geri qaytardı. Halbuki əvvəl unudulmaq istəyirdim. Bu 5 ildə mübarizə aparırdım ki, unudulum, yaddan çıxım. Amma tamaşaçım məni geri qaytara bildi.
- Televiziyaya qayıtmağınıza nə təkan verdi?
- İyul hadisələri zamanı xəbərləri televizordan izləyəndə hiss etdim ki, mənim yerim evdə - divanda oturmaq deyil. Çox pis olmuşdum. Özümü günahlandırırdım ki, niyə mən öz yerimdə deyiləm. Bu mübarizədə, bu müharibədə düşmənlərimizə qarşı tək səngərdə deyil, bütün sahələrdə bir olmalıyıq, media sahəsi isə xüsusilə diqqətli və birlikdə olmalıdır.
- Nə üçün məhz Azərbaycan Televiziyası?
- Azərbaycan Televiziyası həmişə bir məktəb olub. Sanki Azərbaycan televiziya məkanı AzTV-də doğulub. Buraya gələndə elə bildim sanki elə əvvəl də AzTV-də işləmişəm. Çox doğma kollektivi var. Hamı çalışır ki, özümü burada yad hiss etməyim, heç elə hiss etmirəm də.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi
-
Rusiyada zəlzələ oldu
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
-
Nazir müəllimləri təbrik etdi
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)





