Cəmiyyət

Azərbaycanda ilk olan layihənin icrasına başlanılıb - Artıq tikinti işləri gedir - FOTO

24 Sentyabr 2020 14:15
Baxış: 1 688

Azərbaycanda yol kənarlarında pitstopların quraşdırılması ilə bağlı reallaşan yeni layihə üzrə artıq bir sıra işlər görülüb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, pitstopların tikintisi 4 istiqamətdə nəzərdə tutulub:

"Bunlar Qazax, Balakən, Astara və Rusiya sərhədi istiqamətindədir. Hər istiqamət üzrə bir neçə pitstopun quraşdırılması nəzərdə tutulub ki, bunlardan 18-i Qazax, 16-sı Balakən, 8-i isə Astara və Rusiya sərhədinə çəkilən yol boyunca quraşdırılacaq. Hazırda Bakı-Astara yolunda 8 pitstopun tikintisi aparılır, bundan əlavə Qazax və Rusiya sərhədi istiqamətində torpaq işləri görülür".

A.Nəcəfli əlavə edib ki, yaxın vaxtlarda Balakən üzrə də tikinti işlərinə start veriləcək.

Qeyd edək ki, yol kənarlarında pitstopların quraşdırılmasında məqsəd uzun səyahətə çıxan şəxslərin bu pavilyonlarda dincələ, mənzil başına rahat şəkildə çata bilməsidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.