Mnatsakanyanın "danışıqlara hazırıq" bəyanatı daxili auditoriyaya hesablanıb - AzTV-də MÜZAKİRƏ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar faktiki olaraq dalana dirənib. Rəsmi Yerevanın işğalçılıq siyasətini davam etdirməsi, ölkə sərhədində və cəbhə xəttində mütəmadi olaraq hərbi təxribatlara əl atması işğalçı ölkənin sülh prosesində maraqlı olmadığını göstərir.
Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" analitik proqramında yenidən işğalçı Ermənistanın təxribatları, regionda gərginliyin yaranmasında maraqlı olması məsələsi müzakirəyə çıxarılıb. Verilişdə həmçinin, bu gün Moskvada Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüşdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlamaları təhlil edilib.
Proqramın qonaqları, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev və siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev mövzu ətrafında mülahizələrini bölüşüblər. Bildirilib ki, cəbhədə baş verən təxribatların məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan tərəfindən verilən bəyanatlar, təcavüzkar ritorika və təxribatlar işğalçı ölkənin Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını göstərir.
Vurğulanıb ki, Ermənistanın Xarici İşlər Naziri Zöhrab Mnatsakanyanın münaqişənin həlli ilə bağlı "danışıqlara hazırıq" bəyanatı da daxili auditoriyaya hesablanıb. Qeyd olunub ki, Ermənistan rəhbərliyi, konkret olaraq Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Təbii ki, belə olan halda danışıqları aparmaq mümkünsüzdür. Proqramda Rusiya XİN başçısının açıqlamalarına da ətraflı münasibət bildirilib.
"Hədəf"in müzakirəsini bütöv şəkildə "YouTube" kanalımızdan izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=TGkVBRT62go
https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w
İnformasiya dəstəyi - Trend.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
XƏBƏR LENTİ
-
UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)





