Mnatsakanyanın "danışıqlara hazırıq" bəyanatı daxili auditoriyaya hesablanıb - AzTV-də MÜZAKİRƏ

23 Sentyabr 2020 23:32

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar faktiki olaraq dalana dirənib. Rəsmi Yerevanın işğalçılıq siyasətini davam etdirməsi, ölkə sərhədində və cəbhə xəttində mütəmadi olaraq hərbi təxribatlara əl atması işğalçı ölkənin sülh prosesində maraqlı olmadığını göstərir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" analitik proqramında yenidən işğalçı Ermənistanın təxribatları, regionda gərginliyin yaranmasında maraqlı olması məsələsi müzakirəyə çıxarılıb. Verilişdə həmçinin, bu gün Moskvada Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüşdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlamaları təhlil edilib.

Proqramın qonaqları, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev və siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev mövzu ətrafında mülahizələrini bölüşüblər. Bildirilib ki, cəbhədə baş verən təxribatların məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan tərəfindən verilən bəyanatlar, təcavüzkar ritorika və təxribatlar işğalçı ölkənin Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını göstərir.

Vurğulanıb ki, Ermənistanın Xarici İşlər Naziri Zöhrab Mnatsakanyanın münaqişənin həlli ilə bağlı "danışıqlara hazırıq" bəyanatı da daxili auditoriyaya hesablanıb. Qeyd olunub ki, Ermənistan rəhbərliyi, konkret olaraq Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Təbii ki, belə olan halda danışıqları aparmaq mümkünsüzdür. Proqramda Rusiya XİN başçısının açıqlamalarına da ətraflı münasibət bildirilib.

"Hədəf"in müzakirəsini bütöv şəkildə "YouTube" kanalımızdan izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=TGkVBRT62go

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi - Trend.az

Milli.Az