Hansı halda işçiyə əmək kitabçasının dublikatı verilməlidir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Kitabçada işçinin işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əmək kitabçası açılır. Əmək kitabçası əsas iş yerində olur. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.
Milli.Az bildirir ki, Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə" qaydalarına əsasən, əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir.
Dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Qeyd edək ki, əmək kitabçası (əlavə içlik) verilən zaman işçidən əmək kitabçasına çəkilmiş xərclərin dəyəri tutulur. Əmək kitabçası və ona əlavə içlik işəgötürənin təqsiri üzündən xarab olarsa, əmək kitabçasının xərci işəgötürən tərəfindən ödənilir.
Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə "Dublikat" sözü yazılır. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur.
Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Əvvəlki iş yerləri ilə bağlı məlumatlar tam əldə oluna bilmədiyi halda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)
-
Ayın 25-də şimşək çaxacaq, dolu düşəcək - Proqnoz
-
Bu gün axşamdan hava kəskin dəyişir - Xəbərdarlıq
XƏBƏR LENTİ
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Formula 2: Azərbaycan Qran-Prisində ilk sıralama turu yekunlaşıb - Yenilənib
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
20 yaşlı polşalı futbolçu faciəvi şəkildə öldü
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)
-
Qazaxıstanda hərbi təlim faciə ilə nəticələndi: 9 hərbçi öldü
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başa çatdı - Yenilənib
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
-
Yevlaxdakı qətl işi üzrə 6 qohuma hökm oxundu
-
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü
-
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçdi
-
Ermənistanda hərbçi partlayış nəticəsində ölüb
-
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - (Foto)





