"Belə şəxslər pensiya alsalar da..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial sferada növbəti qanuna edilən dəyişikliyin pensiyalarla bağlı olacağı gözlənilir. Belə ki, əmək pensiyaları ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur. Dəyişiklik qəbul edilərsə, bu, bir yox, bir neçə istiqamətdən ibarət olacaq.
Bunu Milli.Az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, dəyişikliklərdən biri işləyən və eyni zamanda pensiya alan şəxslərlə bağlı olacaq: "Belə ki, belə şəxslər pensiya alsalar da, paralel olaraq işlədikləri üçün əlavə vəsait toplanırdı. Məhz yeni nəzərdə tutulan dəyişikliyə görə, bu vəsait yeni pensiya kapitalı formalaşdıraraq, vətəndaşın aldığı pensiyaya əlavə ediləcəkdir. Bu zaman vətəndaşdan heç bir sənəd tələb edilməyəcəkdir. Yeni artım əlavə edildikdən sonra isə vətəndaş avtomatik məlumatlandırılacaqdır.
Nəzərdə tutulan ikinci bir dəyişiklik isə yaşa və əlilliyə görə olan iki pensiya növünə yeni baxışın müəyyən edilməsindədir. Belə ki, hazırda yaşa görə pensiya alan vətəndaş əlillik pensiyasına keçid edə bilmir. Bunu qanun qadağan edir. Amma yeni dəyişikliyə görə bu qadağa aradan qaldırılacaq.
Daha bir təklif edilən dəyişiklik isə ailə başçısını itirməyə görə pensiya alan ailələrlə bağlıdır. Belə ki, hazırda ailə başçısını itirməyə görə pensiya ailə üzvləri arasında bölüşdürülür. Amma bu ailənin bir üzvü bu və ya digər səbəbdən hansısa bir növ üzrə yeni pensiya almalı olarsa, bu zaman ona verilən pay kəsilir. Yəni, ailə başçısını itirməyə görə 5 nəfərlik ailə üzvünün hər birinə 20% pay düşürsə, onlardan biri başqa pensiya alacağı təqdirdə, ona düşən 20% kəsilir. Növbəti aylardan ailə pulun 80%-ni almış olur. Amma bu yeni dəyişiklərə görə bu payın da itirilməməsi təklif edilir. Ailənin bir üzvündən kəsilən bu 20%-lik pay, ailənin digər 4 üzvü arasında bölüşdürülərək, 25%-lik pay yaradacaqdır. Bu isə o deməkdir ki, ailədə yaranan yeni pensiya növünə görə bu ailə əvvəlcə aldıqları "ailə başçısını itirməyə görə pensiya"dan heç bir hissə itirməyəcək", - ekspert qeyd edib.
Aslan Məmmədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
XƏBƏR LENTİ
-
Hansı bakalavr ixtisasları 3 illik ola bilər? - (Video)
-
Beş bürc uğur və sərvət qazanacaq
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi





