Cəmiyyət

Azərbaycanda mədəniyyət xadimləri ilə bağlı ensiklopediya hazırlansın - TƏKLİF

17 Sentyabr 2020 17:07
Baxış: 620
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan bu gün öz mədəniyyəti ilə dünyada tanınır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat Ülviyyə Ağayeva deyib.

Onun sözlərinə görə, "Yaradıcı təşkilatlar haqqında" qanun layihəsinin hazırlanmasına böyük ehtiyac var. Deputat qeyd edib ki, gənc rəssamların bugünkü durumu qənaətbəxş deyil, onlara diqqət və qayğı lazımdır:

"Xüsusi qurumlar olmalıdır ki, bununla məşğul olsun. Bizim mühacirətdə olan rəssamlarımız var. Ancaq onların adları heç bir yerdə hallanmır. Təklif edirəm ki, Azərbaycanda mədəniyyət xadimləri ilə bağlı ensiklopediya hazırlansın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.