Cəmiyyət

Gədəbəydə məktəblilərə futbol geyimləri paylanıb - FOTO

11 Sentyabr 2020 14:55
Baxış: 1 407
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kəndlərdə idmanı inkişaf etdirək" layihəsi üzrə növbəti tədbir Gədəbəydə keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, layihə Prezident İlham Əliyevin 2019-cu il dekabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi məqsədilə icra olunur.

Layihə çərçivəsində rayonun sərhəd kəndlərində 50 məktəbliyə futbola marağın artırılması məqsədilə idman geyimləri və toplar verilib.

Tədbirdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Milli Məclisin deputatları Arzu Nağıyev, Rauf Əliyev, Sabir Hacıyev, Sevinc Hüseynova və digər rəsmi şəxslər iştirak ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.